USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR Gürcüstanda yeni yanacaqdoldurma məntəqəsi açacaq

21.11.2019 İqtisadiyyat
0 0
Gələn ay “Sınıq Körpü” gömrük-keçid məntəqəsindən Batumi şəhərinə qədər ölkənin uzanan əsas magistral avtomobil yolunun Tercola (Terjola) məntəqəsi yaxınlığında böyük bir multifunksional yanacaqdoldurma məntəqəsi (YDM) açılacaq.

“Kommersant.az” xəbər verir ki, bunu "SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov deyib.

Onun sözlərinə görə, bu, adıçəkilən yolda “SOCAR” brendi ilə fəaliyyət göstərəcək üçüncü böyük kompleks olacaq: “Gürcüstanda yeni yollar inşa edilir. Əvvəlki vacib sayılan yol yenisi inşa edildikdən sonra ikinci dərəcəli yol olur. Artıq aktuallığını itirə biləcək YDM-ləri bağlamalı və ya fəaliyyətini məhdudlaşdırmalı oluruq”.

M. Məmmədov bildirib ki, burada digər prioritetlər yaranır: “Yaxın vaxtlarda Gürcüstan dövləti Acarıstan Muxtar Respublikasının ərazisində yeni bir çoxfunksiyalı YDM-in açılması üçün tender elan edəcək. Biz bu tenderdə iştirak edəcəyik. Bu YDM-lərdə əsas məqsəd isə turistlərin və bu yoldan keçənlərin istirahətinin təşkil edilməsidir. Əsas məqsəd onların asudə vaxtının səmərəli təşkil olunmasıdır. Yanacağın satılması orada ikinci dərəcədə olacaq”.

O qed edib ki, hazırda Gürcüstan ərazisində “SOCAR” brendi altında 114 YDM fəaliyyət göstərir. (Report.Az)