USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkə iqtisadiyyatına sərmayə yatırın - Nazirdən çağırış

12.12.2019 İqtisadiyyat
0 0
Azərbaycan-Rusiya İşgüzar Şurasının fəaliyyəti iki ölkənin iqtisadi və siyasi əlaqələri üçün mühüm əhəmiyyət daşıyır.

“Kommersant.az” xəbər verir ki, bunu Şuranın Bakıda keçirilən iclası zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Əldə etdiyimiz nəticələr üzərində çalışırıq. Həmin nəticələr də Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsinin, bütövlükdə iqtisadi və siyasi əlaqələrin sürətlə artdığını göstərir. Həm Şuranın, həm də onun işgüzar tərəfdaşlarının fəaliyyətinə hər cür dəstək verməyə hazırıq”, - deyən nazir Şura qarşısındakı problemlərdən xəbərdar olmaq istədiklərini də qeyd edib.

“Bu problemlər həm təbii, həm də süni ola bilər. Onları birlikdə həll etməyə hazırıq. Mən sizi və sizin işgüzar tərəfdaşlarınızı Azərbaycan iqtisadiyyatına fəal şəkildə, cəsarətlə sərmayə yatırmağa çağırıram. Çünki Azərbaycan hökuməti sizi sözdə yox, əməldə dəstəkləyəcək”, - M.Cabbarov bildirib.

Nazir Şuranın fəaliyyətini şaxələndirməyin də əhəmiyyətini vurğulayıb: “İlk növbədə, bu, Şuranın əhatə etdiyi bazarların coğrafiyasına aiddir. Rusiya bazarında uğurla çalışırsınızsa, deməli, başqa bazarlarda da uğur qazana bilərsiniz. Həmçinin malların da çeşidi genişləndirilməlidir. Bu gün Azərbaycan mallardan çox xidmətlər ixrac edir”.