USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Hökumət büdcə risklərini idarə etmək qabiliyyətindədir" - Vüqar Gülməmmədov

11.03.2020 İqtisadiyyat
0 0
“Azərbaycan hökuməti dövlət büdcəsi ilə bağlı bütün riskləri idarə etmək qabiliyyətindədir”.

"Kommersant.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dünya bazarında neftin ucuzlaşmasının büdcə öhdəliklərinin yerinə yetirilməsinə təsirinə münasibət bildirərkən deyib.

"Biz həm 2019-cu, həm də 2020-ci ilin dövlət büdcəsi layihələrinə rəy verərkən büdcənin dayanıqlığı ilə bağlı bütün mümkün riskləri həmin rəylərdə göstərmişik. Bu risklər daima var. Əsas məsələ hökumətin onları səmərəli idarə etməsi, qabaqlayıcı tədbirlər görməsidir. Hesab edirəm ki, hökumət buna hazırdır. Ümumiyyətlə, neft qiymətlərinin uzun müddət aşağı qalacağını düşünmürük”, - o qeyd edib.