USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FED-in qərarı dolların qiymətinə təsir edəcəkmi? - EKSPERT

16.03.2020 İqtisadiyyat
0 0
"FED-in qərarı dolların qiymətinə təsir etməyəcək”.

"Kommersant.az" xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov FED-in faiz dərəcələrinin sıfır həddinə qədər endirməsini şərh edərkən deyib.

Onun fikrincə, FED-in bu qərarı ciddi problem yaratmayacaq:

"Çünki dünya bazarında əlavə vəsaitin, dolların cap olunma ehtimalı var. Bu ondan irəli gəlir ki, Amerika öz iqtisadiyyatını qoruyub saxlamaq istəyir. Ona görə də mən dollarla bağlı heç bir ucuzlaşma gözləmirəm”.

Xatıladaq ki, ABŞ Mərkəzi Bankının (Fed) Federal Açıq Bazar Komitəsi (FMOC) faizi sürpriz bir şəkildə 1 bənd azaldaraq 0-0.25% aralığına endirib. Həmçinin bank 700 milyard dollarlıq təşviq proqramı (istiqraz alışları) açıqlayıb.