USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ötən il ÜDM-in real artımı nominal artımını üstələyib

03.06.2020 İqtisadiyyat
0 1
2019-cu ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) faktiki göstəricisi həm real, həm də nominal ifadədə proqnozlardan az olub.

"Kommersant.az" xəbər verir ki, bu barədə qurumun “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.

Bununla belə, Rəyə əsasən, ÜDM-in real artımı nominal artımını üstələyib, neft ÜDM-də bu fərq əhəmiyyətli olub.

Ötən il ölkədə 81,7 milyard manat dəyərində əlavə dəyər istehsal olunub, məhsul və xidmətlərin real ifadədə dəyəri əvvəlki illə müqayisədə 0,7 faiz bəndi sürətl – 2,2% artıb.