USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Geri qaytarılan ƏDV Silahlı Qüvvələrə Yardım Fonduna köçürülsün - TƏKLİF

14.10.2020 İqtisadiyyat
0 0
rüsumlarından azad olunsun. Bilirsiniz ki, MDB ölkələrindən, o sıradan Rusiyadan gətirilən mallara gömrük rüsumları tətbiq olunmur. Niyə Türkiyədən gələn mallara ƏDV ilə yanaşı 15 faizə qədər gömrük rüsumları tətbiq olunmalıdır. Ermənilərə dəstək verən Rusiyaya gömrük rüsumlarına görə güzəşt olduğu halda Türkiyəyə nədən olmasın?".

"Kommersant.az" xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Q.İbadoğlu hesab edir ki, mənşə sertifikatı təqdim edilən Türkiyə istehsalı olan bütün mallara və xidmətlərə idxal zamanı gömrük rüsumları hesablanmamalıdır: "Bildiyim qədər Milli Məclis 31 may 2020-ci ildə "Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi"ni təsdiqləyib. Həmin sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi öz əksini tapıb. Bu güzəştin yalnız 15 adda seçilmiş mallara deyil, bütün idxal mallarına tətbiqi Azərbaycanla Türkiyə arasında ticarət əlaqələrinin inkişafına və ölkəyə daha çox türk malının gətirilməsinə səbəb ola bilər. Bu həmçinin türk istehsalı olan malların qiymətlərinin də ucuzlaşmasını şərtləndirərdi. Bununla biz keyfiyyətsiz Çin mallarının idxalının qarşısını ala bilərik. Odur ki, söz əlaqədar dövlət orqanlarınındır. Təklif edirəm ki, istehlakçılara geri qaytarılan ƏDV bu il ərzində Silahlı Qüvvələrə Yardım Fonduna köçürülsün. Bu həmin Fonda ən azı 10 milyon əlavə vəsait cəlb edilməsinə imkan verir. Onsuz da Edevegerial.az sistemi yaxşı işləmir, istehlakçılar ƏDV-lərini geri ala bilmirlər. Düşünürəm ki, bu da hər kəsdən Silahlı Qüvvələrə Yardım Fonduna maddı dəstək olardı".