USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın bank sektorunun mənfəəti 2,7 dəfə artıb

05.05.2021 İqtisadiyyat
0 0
Bu ilin I rübündə Azərbaycanın bank sektorunun iştirakçıları 148,8 mln. manat məbləğində xalis mənfəət əldə ediblər.

“Kommersant.az”ın "APA-Economics"ə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni rübü ilə müqayisədə 8,7% azalsa da, 2020-ci ilin IV rübü ilə müqayisədə 2,7 dəfə artıb.

Bankların əməliyyat mənfəətinin əsasını xalis faiz gəlirləri təşkil edib. Belə ki, hesabat dövründə bankların xalis faiz gəlirləri 0,6% artaraq 351,7 mln. manat təşkil edib, xalis qeyri-faiz zərəri isə 36,1% azalaraq 130,9 mln. manat bərabər olub. Beləliklə, 2021-ci ilin yanvar-mart aylarında bank sektorunun əməliyyat mənfəəti 220,8 mln. manat təşkil edib ki, bu da rüblük müqayisədə 52,5% çoxdur.

Qeyd edək ki, mənfəətdən vergilər rüblük 25,9% azalaraq 32,1 mln. manat, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar isə 16,8% manat azalaraq 39 mln. manata enib. Digər xərclər isə 0,9 mln. manat artıb.