USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avro və funtda ucuzlaşma yenidən sürətlənəcək - PROQNOZ

22.06.2021 İqtisadiyyat
0 0
Beynəlxalq valyuta birjalarında bu gün Bakı vaxtı ilə saat 22:00-da FED sədri Jerom Povelin parlamentdə çıxışı öncəsi ticarət aktivliyinin azalması müşahidə edilir.

“Kommersant.az” Marja.az-a istinadən xəbər verir ki, məzənnələrdə korreksiyalar müşahidə edilsə də, Amerika iqtisadiyyatı və monetar siyasət ilə bağlı müsbət açıqlamaların olacağı ehtimal edilir. Bu baş verərsə, EUR/USD və GBP/USD məzənnələrində ucuzlaşmanın yenidən sürətlənəcəyi proqozlaşdırılır.

Təhlillərə əsasən, 1.19$-a ticarət edilən avro 1.17, 1.39$-a təklif edilən funt 1.37$-a kimi dəyər itirə bilər. Əlvan metallar bazarlarında 1770$-ın qırılması ilə qızılda ucuzlaşmanın 1706$-a kimi davam edəcəyi proqnozlaşdırılır.

Çin höküməti tərəfindən bitkoin mayninqinə qarşı tədbirlərin sərtləşdirməsi qərarından sonra BTCUSD məzənnəsi 41000$ müqavimətini qırmaqda çətinlik çəkib.

Son bir həftə ərzində müşahidə edilən 25%-lik ucuzlaşmanın nəticəsində isə bitkoin hazırda 33000$-ın altında ticarət edilir və ucuzlaşma davam edə bilər. Növbəti önəmli dəstək səviyyəsi isə 27000$-dır.