USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Brent artıq 75 dolların üzərində lövbər salır

23.06.2021 İqtisadiyyat
0 0
Brent markalı xam neftin qiyməti son iki gündə 75 dollar üzərində öz qiymətini möhkəmlədə bilib.

"Kommersant.az" xəbər verir ki, Londonun ICE qitələrarası fond birjasında Brent markalı xam neftin bir barreli 0.49 dollar, yaxud 0.65% bahalaşma ilə 75.30 dollar olmuşdur.

Nyu-Yorkun Nymex əmtəə birjasında WTI markalı xam neft 73.06 dollar/barrel olub. Bu da günlük 0.60 dollar, yaxud 0.81% ucuzlaşması deməkdir.