USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə Mərkəzi Bankının 3 bənd faiz endirimi edəcəyi və Dolların 16 türk lirəsinə çatacağı gözlənilir

09.12.2021 İqtisadiyyat
0 0
Qlobal maliyyə xidmətləri şirkəti və bank olan Barclays, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) növbəti iki yığıncağında cəmi 3 faiz bəndi endirim edərək faizini 12% səviyyəsinə salacağını gözləyir.

"Kommersant.az" xəbər verir ki, təşkilat 2021-ci ilin sonunda dolar/TL məzənnəsinin 14,50 səviyyəsində olacağını nəzərdə tutur.

Barclays iqtisadçıları hazırladıqları bir araşdırma hesabatında Türkiyənin 2018-ci illə müqayisədə məzənnə şoklarına qarşı daha hazırlıqlı olduğunu qeyd ediblər.

İnflyasiyanın gələcək aylarda sürətli bir şəkildə 30%-ə yüksəlməcəyini gözləyən iqtisadçılar, dollarlaşmanın yüksək qalmağa davam etməsini gözlədiklərini də ifadə ediblər. Dollar/TL məzənnəsinin 2021-ci ilin sonunda 14,50 olmasını gözləyən Barclays, 2022-nin ortasından etibarən isə dolların qiymətinin 16 türk lirəsinə çatmasını gözləyir.

Dekabr ayındakı Türkiyə Mərkəzi Bankının yığıncağında 2 bənd bir faiz endirimi gözlədiyini qeyd edən bank, Yanvar ayında 1 bəndlik növbəti endirimin olacağını düşünür.

Barclays, TCMB-nin aşağı faiz ifadəsinin tam olaraq hansı rəqəmə işarə etdiyinin də qeyri-müəyyən olduğunu, amma bütün planlaşdırılan faiz endirimlərini gələcək iki yığıncaqda reallaşdıracağını vurğulayıb.

Credit Suisse-ın TCMB hesabatı

İsveçərinin maliyyə xidmətləri şirkəti və bankı Credit Suisse analitikləri, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədri Şahap Kavcıoğlunun keçən həftə sərmayəçilər ilə keçirdiyi görüşündə 16 dekabr 2021-ci il tarixində keçiriləcək iclasda faiz endirimi olmaması ehtimalının artdığını söylədiyini bildirmişdilər.

Təşkilatın analitiklərinin hazırladığı hesabatda, Şahap Kavcıoğlunun "16 dekabrdakı yığıncaqda faiz endirimi edilməməsi ehtimalı artıb" dediyi qeyd edilmişdi.