USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2022-ci ildə ödənişlərlə bağlı dəyişikliklər ediləcək - RƏSMİ

30.12.2021 İqtisadiyyat
0 0
Milli ödəniş sisteminin təhlükəsiz, fasiləsiz və davamlı fəaliyyətinin təmin edilməsi 2022-ci ildə də mühüm prioritetlərdən biri olacaq.

"Kommersant.az" xəbər verir ki, bu barədə Mərkəzi Bankın bəyanatında məlumat verilib.

Maliyyə infrastrukturunda qarşılıqlı məlumat mübadiləsinin effektivliyinin və səmərəliliyinin artırılması, o cümlədən ISO20022 beynəlxalq standartının tam tətbiqi nəzərdə tutulur.

İnnovativ nağdsız ödənişlərin inkişaf etdirilməsi üçün beynəlxalq standartların tətbiqi çərçivəsində açıq bankçılıq modeli üzrə API standartlarının tətbiq olunması planlaşdırılır. Ödəniş infrastrukturunda kiber təhlükəsizlik səviyyəsinin gücləndirilməsi də diqqətdə saxlanılacaq.

Rəqabətli, innovativ və əlçatan ödəniş mühitinin formalaşdırılması, rəqəmsal ekosistemin inkişaf etdirilməsi, rəqəmsal ödənişlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə institusional mühitin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcək.

Sözügedən tədbirlər çərçivəsində şəhər və rayonlarda ictimai nəqliyyatda gediş haqlarının innovativ ödəniş alətləri (bank kartları və mobil bankçılıq həlləri) vasitəsilə qəbulu imkanlarının genişləndirilməsi, təsərrüfat subyektlərində POS-terminalların əhatə dairəsinin genişləndirilməsi, POS-terminalların quraşdırılması mümkün olmayan yerlərdə QR kod ödəniş həllərinin qəbulu imkanlarının yaradılması kimi layihələr yer almaqdadır.