USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Çörəyin qiyməti artmaqda davam edəcək"

10.01.2022 İqtisadiyyat
0 0
“Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklərə görə 1 yanvardan heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının, baytarlıq şəhadətnaməsinin və arayışının verilməsi və yaxud ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulması, qida təhlükəsizliyi sertifikatının verilməsi üçün dövlət rüsumları artırılıb. Bu dəyişiklik satıcıların məsrəfini artırğından, mövsümi amillər fəallaşdığından yaxın zamanlarda bütün növ ət və ət məhsullarının, balıq və balıq məhsullarının, yumurtanın, süd və süd məhsullarının, balın qiyməti yenidən bahalaşacaq.

"Kommersant.az"ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu bildirib.

Q.İbadoğlu qeyd edib ki, un və un məmulatları, taxıl məhsulları və çörəyin qiyməti artmaqda davam edəcək: "Hazırkı qiymət son səviyyə deyil. Bir sıra məhsullar, məsələn, balıq və balıq məhsulları, hətta bəzi hallarda ət və ət məhsulları aztəminatlı əhalinin menyusundan çıxacaq, onların çörəyə olan tələbatı artacaq. Bazarda adı çəkilən bir sıra məhsullar üzrə keyfiyyətsiz malların satış payı artacaq".