USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vergi Məcəlləsində dəyişiklik edildi

11.01.2022 İqtisadiyyat
0 0
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilib.

Bununla bağlı qanunu Prezident İlham Əliyev imzalayıb.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 2021-ci il oktyabrın 15-dən 5 il müddətinə ƏDV-dən azad edilir.

Bu Qanun 2021-ci il oktyabrın 15-dən tətbiq edilir.