USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda banklar dolların alış qiymətini niyə qaldırıb?

13.01.2022 İqtisadiyyat
0 0
Azərbaycanda son günlərdə manatın məzənnəsi son günlərdə daha çox müzakirə edildiyindən hazırda baş verən bir sıra hadisələri araşdırmaq istədik.

Mərkəzi Bankda Dövlət Neft Fondu tərəfindən təşkil edilmiş valyuta hərraclarında satılmış ABŞ dollarının həcmi son bir ayda ilk dəfə 100 milyon dollardan aşağı düşdü. 13 yanvarda təşkil edilmiş valyuta hərracıda 96.9 mln. ABŞ dolları həcmində valyuta satılıb.

Milli Məclisin deputatı Vüqar Bayramov isə bildir ki, adətən maliyyə ilinin sonunda dollara tələb artması müşahidə olunur.

“Dekabrda dollara tələbin artması ənənəvi valyuta tələbi ilə bağlı idi. Pandemiyaya rəğmən yenə də xarici səfərlərin sayı az deyildi, bir sıra dövlət və özəl qurumlar xarici borc öhdəliklərini yerinə yetirirlər və bayramlara ilə bağlı olaraq idxala tələb artırdı. Bununla yanaşı, ilin birinci ayı adətən dollara tələb optimal olur” -deyə, V.Bayramov bildirir.

Aparılan monitorinqlərdən sonra məlum oldu ki, ABŞ dolarının satış qiyməti sabiq qalsa da yerli banklar mübadilə əməliyatlarında alışı yüksəldiblət. 24 bankdan 18-i ABŞ dollarını Mərkəzi Bank tərəfindən 2017-ci ilin martından sabit saxladığı 1.7000 manata əhalidən cəlb edirlər. Bu isə ötən gündən başlayaraq baş verib. Banklar tərəfindən dolların satış qiymətləri isə 1.7020-1.7025 intervalındadır.

“Bankların alış kursunu artması göstərir ki, bəzi bankların özündə dollar tələbi yüksəlib. Daha yüksək alış kursu isə bazardan daha çox dollar cəlb etməyə xidmət edir. Bununla belə, dolların nağd satış kursunun ciddi dəyişməməsi isə ondan xəbər verir ki, biznesdən kənar valyuta tələbi hələlik yüksək deyil” – deyə, Milli Məclisin deputatı bildirir.

Dekabrın 16-dan bu tərəfə keçirilən hərraclarda ABŞ dolların banklar tərəfindən alış həcmi 100 milyonun üzərinə çıxmış, ilin son valyuta hərracında isə tələb 140 mln. dollara qədər yüksəldi.

Lakin Banker.az olaraq bir şeyi xatırlatmalıyıq ki, ABŞ dollarının banklar tərəfindən alış həcmi yanvarın ilk üç hərracında 324 mln. manat təşkil edib. Bu 2021-ci ilin dekabrını 3.9% üstələməklə 2020-ci ilin martından bu tərəfə ən yüksək göstərici kimi qeydə alınıb.

“Dolların alış kursunun artması manatın məzənnəsinin dəyişməsinə gətirib çıxa bilərmi?” sualına Vüqar Bayramov cavab verərək bildirib ki, Azərbaycanda üzən valyuta rejiminə keçid başa çatmadığı üçün manatın kursu birbaşa Mərkəzi Bankın intervensiyası ilə müəyyənləşir.

“Yəni, üzən valyuta sistemlərində məzənnəni bazar təklifinə uyğun proqnozlaşdırmaq olur, amma əgər kurs fiksdirsə o zaman dəyişikliklər birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olur”.

Bayramov deyir ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir.

“Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir”.

Tənzimləyici AMB ötən ilin son bəyanatında bildirib ki, 2022-ci ildə proqnozlaşdırılan neft qiymətləri, qeyri-neft ixracının artım dinamikası, nəticə etibarı ilə profisitli tədiyə balansı və təsdiq olunmuş dövlət büdcəsinə əsasən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin artırılması valyuta bazarında tarazlığı təmin etməklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə dayanıqlığını dəstəkləyəcəkdir.

Qeyd edək ki, hazırda qlobal miqyasda ABŞ dolları əsas rəqibləri qarşısında dəyər itirir. Supergücün valyutasının indeksini formalaşdıran valyutalar dollara qarşı bahalaşıb.

Banker