USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda qiymət artımları bir qədər də sürətlənir - Orta illik 6.7%, illik 12%!

17.01.2022 İqtisadiyyat
0 0
2021-ci ildə istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilə nisbətən 6.7 faiz təşkil edib.

"Kommersant.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 8.1 faiz, qeyri-ərzaq məhsulları üzrə

5.1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5.8 faiz təşkil etmişdir.

2021-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1.6 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 12.0 faiz təşkil edib.

2021-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak
qiymətləri indeksi əvvəlki aya nisbətən 1.9 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 14.9
faiz təşkil edib.