USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pensiya artımları yanvara da şamil olunacaq

31.01.2022 İqtisadiyyat
0 0
Yaxın günlərdə orta aylıq əməkhaqqındakı artım faizinin elan oluncağı gözlənilir. Eyni zamanda, əmək pensiyalarının həmin faizə indeksasiya olunacağı bildirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumatın veriləcəyini bildirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov açıqlamasında deyib ki, qanunda pensiyaların artımının yanvarın 1-dən hesablandığı göstərilib.

Onun sözlərinə görə, indeksasiya fevralda həyata keçirilsə də, artımlar yanvar ayına da şamil olaunacaq:

“Qanunla yanvar ayının artımı da fevral ayında verilməlidir. Qanun belədir. Onu ola bilməz ki, verməsinlər. Mütləq verilməlidir”.

Qeyd edək ki, 2022-ci ilin əvvəlindən ölkəmizdə əmək pensiyasının minimum məbləği 200 manatdan 240 manata çatdırılıb və həmin məbləğdən aşağı olan pensiyalar artırılaraq 240 manata çatdırılmaqla ödənişi təmin olunub.