USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftin qiyməti $91-i ötüb

31.01.2022 İqtisadiyyat
0 0
Neftin qiyməti bazar ertəsinə 1% bahalaşmaqla son yeddi ilin maksimumunu vurdu. Qiymət artımları neft təchizatı, Şərqi Avropada və Yaxın Şərqdə olan siyasi gərginlik fonunda neftə yaranan yüksək tələb fonunda bahalaşıb.

Brent xam neftinin barreli London ICE birjasında mart fyuçerslərində $1.07, yaxud 1.2% bahalaşma ilə $91.10-a yüksəlib.

Brentin ən aktiv – aprel çatdırılmaları üçün isə $89.51-ə yüksəlib.

Qərbi Texas neftinin (WTI) qiyməti isə sessiya ərzində $1.07, yaxud 1.2%, $87.89-a yüksəlib.

Neftin qiyməti 2014-cü ilin oktyabrında ($91.70) sonuncu dəfə bu qiymətə ticarət olunmuşdu. Brentin qiyməti təkcə yanvar ayında 17% qiymət artımına nail olmaqla son ildə öncəki ilin fevralındakından bu tərəfə ən yüksək aylıq artıma nail oldu.