USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda pensiya yaşı azaldıla bilər?

08.02.2022 İqtisadiyyat
0 0
“Azərbaycanda pensiya yaşının azaldılması məsələsi gündəmdə deyil”.

"Kommersant.az" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bildirib.

Onun sözlərinə görə, aparılmış hesablamalar, araşdırmalar onu gösətir ki, ölkədə orta ömür uzunluğu 77 yaşdan çoxdur:

“Pensiyaçılarımızın yaş həddi də həmin rəqəmin üzərindədir. Bunlar nəzərə alınmaqla pensiya yaş həddinin azaldılması gözlənilirmir”.

“Qeyd edim ki, hazırda dünya təcrübəsində pensiya yaşının hətta 65 yaşın üzərində artırılması və onların əmək bazarında saxlanılması məqsədəuyğun hesab edilir. Bu təcrübə nəzərə alınmaqla pensiya yaş həddinin azadılması nəzərdə tutulmur”, - deyə o əlavə edib.