USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu pensiyaçılar 200 manat ala bilməyəcəklər

10.02.2022 İqtisadiyyat
0 0
Sığorta prinsipi ilə pensiya alanlara veriləcək 200 manatlıq maddi yardım pensiya alanların əksəriyyətinin pensiyasına əlavə ediləcək.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, bu yardım vəzifə maaşına əlavə alan pensiyaçılara şamil edilməyəcək.

"O da təxminən 90 minə yaxın insandır. Yəni 1,1 milyondan çox pensiyaçıya şamil ediləcək.

Maaşa əlavə alanlar sabiq deputatlar, hakimlər, prokurorlar, bəzi qrup hərbi qulluqçular, dövlət qulluğunun yuxarı dərəcələrində çalışanlardır. Onların pensiyaları yüksəkdir və ona görə də onlara bu 200 manat yardım şamil olunmayacaq”, - deyə M.Quliyev bidirib.

Trend