USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda inflyasiya 12.5%-ə yüksəldi

11.02.2022 İqtisadiyyat
0 0
2022-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar ayına nisbətən 112,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 105,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 111,1 faiz təşkil etmişdir.

2022-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 faiz
təşkil etmişdir.

2022-ci ilin yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak
qiymətləri indeksi əvvəlki aya nisbətən 102,6 faiz təşkil etmişdir.