USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bakı Sığorta”nın səhmdarları yığışacaq

21.02.2022 İqtisadiyyat
0 0
2022-ci il aprelin 11-də “Bakı Sığorta” şirkətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Bu barədə şirkətdən məlumat verilib.

“Yığıncaqda səhmdarlar 2021-ci il üzrə maliyyə hesabatlarını təsdiq edəcəklər və şirkətin fəaliyyəti ilə bağlı digər məsələləri müzakirəyə çıxaracaqlar”, – deyə məlumatda bildirilir.

“Bakı Sığorta” şirkəti 2007-ci il oktyabrın 1-dən fəaliyyətə başlayıb. Şirkətin səhmdarları 4 hüquqi və 2 fiziki şəxsdir. Nizamnamə kapitalı 8 milyon 925 min 439,65 manata bərabərdir.