USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rus rublu kəskin ucuzlaşdı - Son 8 ilin anti-rekordu

22.02.2022 İqtisadiyyat
0 0
Rusiya Federasiyasının ötən gün Ukraynadan qoparılmış qondarma iki respublikanın tanıması geosiyasi gərginliyi daha gücləndirdi.

Bu hadisələr fonunda Rusiya valyutasının satışları üzrə böyük təzyiqlər var ki, bu da onun kəskin ucuzlaşmasına gətirib çıxardı.

Bakı vaxtı ilə 11:0 radələrində dollar/rubl (USD/RUB) cütlüyü 0.89 rubl, yaxud 1.5% artmaqla 80.6909 səviyyəsinə çatıb.

Bu da 2020-ci ilin oktyabrından bu tərəfə maksimumlardır. Əgər, məzənnə 80.8 səviyyəsini aşarsa son səkkiz ilin maksimumuna yüksəlmiş olacaq.