USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Metropark”ın dövlətə yarım milyondan çox borcu var

22.02.2022 İqtisadiyyat
0 0
Bakının Nərimanov rayonunda yerləşən "Metropark” Ticarət və Əyləncə Mərkəzinin külli miqdarda vergi borcu yaranıb.

"Kommersant.az"ın məlumatına görə, qanunu təmsilçisi Haciyev Ruslan Məhərrəm oğlu olan "Metropark” Ticarət və Əyləncə Mərkəzinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 567 min 996 manat 87 qəpik borcu var.

Qeyd edək ki, "Metropark” ticarət və əyləncə mərkəzinin sahibi olduğu deyilən, tanınmış iş adamı Yavər Əsgərov 2020-ci ilin may ayında Sankt-Peterburq şəhərində koronavirus pandemiyasından dünyasını dəyişib.