USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əhaliyə ödənilən pensiya və müavinətlərin məbləği açıqlanıb

07.04.2022 İqtisadiyyat
0 0
2022-ci ilin yanvar-mart aylarında əhaliyə 1 mlrd. 613 mln. manatlıq pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı ödənilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 5.9% və ya 89.7 mln. manat çoxdur.

"Kommersant.az" bu barədə Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.

Xatırladaq ki, bu ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin edilib.

Fondun məlumatına görə, bu artımlar üçün illik əlavə 2.1 mlrd. manat vəsait ayrılıb, artımların şamil olunduğu şəxslərin sayı isə 3.4 mln. nəfərdir.