USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bakı Metropoliteni”nin dövlətə vergi borcu 20 milyon manata yaxınlaşdı

07.04.2022 İqtisadiyyat
0 0
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin dövlət qarşısında vergi borcu daha da artıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Bakı Metropoliteni” QSC-nin 06.04.2022-ci il tarixinə qədər vergi borcu 19 928 632 manatdır. 1 fevral 2022-ci il tarixinə qədər “Bakı Metropoliteni” QSC-nin vergi borcu 14 098 026 manat təşkil edirdi.

Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin nizamnamə kapitalı 1 770 950 768 AZN-dir və qanuni təmsilçisi isə Zaur Hüseynovdur.