USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Analitiklər qızılın qiyməti ilə bağlı nə düşünür?

19.04.2022 İqtisadiyyat
0 0
Qiymətli metallar bazarında yüksəlişə doğru hərəkət güclənir. Qızılın unsiyası 1.990 səviyyəsinin üzərində dəyişir və aylıq əsasda 3% dəyər qazanıb.

ABŞ-da inflyasiyada 1981-ci ilin dekabrından bu yana ən böyük artım – 8.5% qeydə alındıqdan sonra bunun qiymətli metallar bazarlarında başlayan yüksəliş getdikcə güclənir. Dünən qızıl 1 990 dollar/unsiya kritik həddini keçdi, gümüş qiymətləri də 6 həftənin ən yüksək səviyyəsinə – $26-a çatdı. Qlobal miqyasda inflyasiyanın yüksək olması qiymətli metalların xeyrinə zəmin yaradır. Digər tərəfdən, Rusiya prezidenti Putinin Ukraynanın İstanbuldakı razılaşmalardan kənara çıxması və danışıqların dalana dirənməsi ilə bağlı açıqlamasından sonra neft qiymətlərindəki artım tendensiyası yenidən güclənib. Neft qiymətlərinin yenidən bahalaşması ilə bağlı artan inflyasiya narahatlıqları bazarlarda risk iştahını zəiflədib. Bu vəziyyət təhlükəsiz limanlar tərəfindən müsbət qarşılanır.

Beləliklə, qızılın bir unsiyası 1 990 səviyyəsinin üzərinə çıxdı. Qiymətli metal dünən günorta saatlarına görə aylıq əsasda 3% dəyər qazanıb. Analitiklər qeyd edirlər ki, yüksəliş sürəti qorunduğu müddətdə 2010-cu il dollar müqavimət səviyyəsi izlənəcək. Geri çəkilmələrdə 1.980 və 1.958 mühüm dəstək mövqeləridir. Qram qızıl tərəfdə isə son dövrdə yüksəliş müşahidə olunur. Bu yüksəliş tendensiyası davam etdiyi müddətcə müqavimət olaraq $66-68 səviyyələrinin izlənilə biləcəyi ifadə edilir.

Bu arada, Rusiya və Ukrayna arasında davam edən müharibə və artan inflyasiya təzyiqləri təhlükəsiz sığınacaq təkliflərini artırdığı üçün gümüş 6 həftənin ən yüksək səviyyəsinə qalxaraq bir unsiya üçün $26-a yüksəlib. Fed-in inflyasiyaya nəzarət etmək üçün daha aqressiv hərəkət edə biləcəyi gözləntilərinə baxmayaraq, Avro Bölgəsində inflyasiya mart ayında ardıcıl dördüncü ay rekord qırdı, Böyük Britaniyada 30 ilin ən yüksək səviyyəsinə çatdı, Asiyada inflyasiya ilə bağlı xəbərdarlıq işarələri artdı, Çin, Hindistan, İndoneziya, Tayland və Cənubi Koreyada inflyasiya göstəriciləri gözləniləndən çox oldu – bütün bunlar gümüşü dəstəkləyir.

Digər tərəfdən, qızıl/gümüş nisbətinin 76.80 səviyyəsinə enməsi gümüş qiymətlərinin sarı metaldan daha sürətli arta biləcəyi proqnozunu gücləndirir. Qızıl/gümüş nisbətinin dəstək səviyyələrinə baxdıqda 75.90 səviyyəsinin əhəmiyyətli bir dəstək nöqtəsi olaraq formalaşdığı, bu dəstəyin qırıldığı halda 74.64-ün növbəti əsas dəstək nöqtəsi olacağı görülür.