USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İran xaricdən avtomobil idxalı qaydalarını təsdiqləyib

23.08.2022 İqtisadiyyat
0 0
İran digər ölkələrdən avtomobillərin idxalı qaydalarını təsdiqləyib.

Bu barədə İranın sənaye, mədənlər və ticarət Nazirliyi məlumat verib.

Məlumatda bildirilir ki, avtomobil idxalına dair icra tənzimləmələri yekunlaşdırılıb və gələn həftə mətbuatda dərc olunacaq.

Qeyd olunub ki, əsasən 20 min dollara qədər qiyməti olan avtomobillərin idxalı nəzərdə tutulur.

Məlumata görə, İran idxal üçün Yaponiyanın “Toyota” kimi avtomobil istehsalçıları, eləcə də Almaniya, Çin və Hindistan avtomobil istehsalçıları ilə danışıqlar aparıb.