USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ ölkələrində elektrik enerjisinin qiyməti 700 avronu ötüb

25.08.2022 İqtisadiyyat
0 0
Bir sıra Avropa İttifaqı ölkələrində elektrik enerjisinin qiyməti 26 avqust tarixi üçün çatdırma şərti ilə bir MVt/saat üçün 700 avronu ötüb.

Bunu “Nord Pool” elektrik enerjisi birjasının məlumatları göstərir.

Məlumata görə, Avstriyada qiymət bir MVt/saat üçün 707.23 avroya, Fransada – 706.32 avroya, Belçikada – 700.41 avroya çatıb, Almaniya, Niderland və Danimarkada isə 690 avronu üstələyib.

Bir gün əvvəl bu ölkələrdə elektrik enerjisinin orta qiyməti 630 avro sərhədini aşmırdı.