USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstan şərab ixracında Rusiya bazarını ABŞ-la əvəz edir

26.08.2022 İqtisadiyyat
0 0
Beş il ərzində Gürcüstan Rusiyaya şərab ixracını azalda və Rusiya bazarının ixracdakı payını 40 faizə qədər endirə bilər.

Bu açıqlama ilə Gürcüstanın Milli Şərab Agentliyinin rəhbəri Levan Mexuzla çıxış edib.

“Bu il ABŞ-a yönəlmiş çox yaxşı marketinq kampaniyamız var və düşünürəm ki, bu bazara ixracın artımı daha çox nəzərə çarpacaq”.

L.Mexuzla vurğulayıb ki, 2021-ci ildə gürcü şərabının ABŞ-a ixracı 16 faizə qədər artıb. 2025-ci ilə qədər Gürcüstan ABŞ-a ildə beş milyon şüşə şərab satmaq niyyətindədir.