USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

48 dərman vasitəsinin qiyməti təsdiq edilib

31.08.2022 İqtisadiyyat
0 0
Tarif (qiymət) Şurasının iclasında, həmçinin yeni dövlət qeydiyyatına alınan 48 dərman vasitəsinin qiyməti təsdiq edilib.

Şuradan verilən məlumata görə, bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, indiyədək qiymətləri təsdiq edilmiş dərman vasitələrinin sayı 13417 təşkil edir və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.