USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda 10 min manatadək güzəştli kreditlərin verilməsi asanlaşdırılıb

05.09.2022 İqtisadiyyat
0 0
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu biznes subyektlərinin güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi üçün 10 min manatadək kredit ehtiyacı olan sahibkarlara münasibətdə yeniliyin tətbiqinə başlayıb.

Bu barədə Sahibkarlığın İnkişafı Fonda məlumat yayıb.

Məlumata görə, bu barədə Fond və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə bildirib.

Qeyd edilib ki, 10 min manatadək olan güzəştli kreditlərin əldə olunmasında əsas çətinlik sahibkarların investisiya layihələri üzrə fəaliyyət göstərəcəyi yerə və yaxud əmlaka dair sənəd təqdim edə bilməməsidir. Bu çətinliyin aradan qaldırılması məqsədilə kredit tələbatı 10 min manatadək olan, fəaliyyət göstərəcəyi yerə dair sənəd təqdim edə bilməyən sahibkarlar üçün həmin sənədi əvəz edəcək “Bildiriş forması” hazırlanıb. Bu formanı sahibkarların müraciəti əsasında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yerlərdə fəaliyyət göstərən əməkdaşları (KOB Dostu) dolduracaq və sahibkar müvəkkil kredit təşkilatına təqdim edəcək. KOB Dostu sahibkarın fəaliyyət göstərdiyi yerə baxış keçirərək qeyd edilən yer və ya əmlakın maddi-texniki təchizatına dair məlumatları “Bildiriş forması”na əlavə edəcək və bu forma sahibkarın fəaliyyət göstərəcəyi yerə dair sənəd kimi qəbul olunacaq.