USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gömrük üzrə büdcə daxilolmalarının həcmi açıqlanıb

08.09.2022 İqtisadiyyat
0 0
Bu ilin avqust ayında gömrük üzrə büdcə daxilolmaları ötən ilin avqust ayı ilə müqayisədə 1.9 dəfə, cari ilin iyul ayı ilə müqayisədə isə 55.4% artaraq 746 milyon 777 min manat təşkil edib.

Komitənin məlumatına əsasən, gömrük daxilolmalarının 157 milyon 299.6 min manatı və ya 21%-i gömrük rüsumu üzrə daxilolamalar, 561 milyon 308.6 min manatı və ya 75.2%-i ƏDV üzrə, 20 milyon 964.1 min manatı və ya 2.8%-i aksizlər üzrə, 1%-i yol vergisi üzrə olub.