USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ İrana sanksiya tətbiq edib

09.09.2022 İqtisadiyyat
0 0
ABŞ Rusiyaya pilotsuz uçuş aparatlarını tədarük edən və onların istehsalı ilə məşğul olan İran şirkətlərinə, eləcə də şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dörd İran şirkəti və fiziki şəxs sanksiyalara məruz qalıb.

Rus hərbçilərinin İran və Rusiya arasında uçuşunu həyata keçirən Tehrandakı “Safiran Airport Services” şirkəti də ABŞ-ın sanksiyalar siyahısına daxil edilib.

ABŞ-da sanksiyalara məruz qalan fiziki və ya hüquqi şəxslərin əmlakı bloklanacaq.