USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şadlıq saraylarına sifarişlərin sayı kəskin azalıb, qiymət artıb

12.09.2022 İqtisadiyyat
0 0
Avqust ayında şadlıq saraylarında sifarişlərin sayı 74.0 % azalıb.

Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Qeyd edilib ki, sifarişlərin azalması Məhərrəm ayının başlaması ilə əlaqələndirilir.

Yeni mövsüm üçün təklif edilən menyulara əsasən, şadlıq saraylarının qiymətlərində 9 faiz artım qeydə alınıb. Xüsusən 40 manatadək olan menyularda qiymət daha çox artıb: 11 faiz. Sentyabrın sonuna doğru daha yüksək qiymət artımları gözlənilir.