USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FED-in sərt faiz artımı qorxusu nefti ucuzlaşdırır

14.09.2022 İqtisadiyyat
0 0
Avqust ayında inflyasiya gözlənilmədən artdıqdan sonra ABŞ Federal Ehtiyat Sisteminin gələn həftə növbəti faiz artımı ilə bağlı narahatlıqları səbəbi ilə neft qiymətləri ucuzlaşıb. Üstəlik, OPEC-in neft tələbi üzrə son güclü artım proqnozu belə bu azalmaya maneə olmayıb.

"Kommersant.az" xəbər verir ki, Brent markalı xam neftin bir barreli noyabr fyuçersində 0.52 faiz ucuzlaşmaqla 92.69 dollar təşkil edib.

ABŞ-ın gözləniləndən daha isti inflyasiya hesabatı FED-in qarşıdakı aylarda faiz siyasətinin sərtləşdirməni azalda biləcəyinə dair ümidləri demək olar ki puç etdi. FED rəsmiləri inflyasiya ABŞ mərkəzi bankının 2%-lik hədəfindən xeyli yuxarı olduğunu diqqətə çatdırırlar, gələn çərşənbə günü isə qərar verilməlidir. Ötən gün açıqlandı ki, ABŞ-da orta illik inflyasiya 8.3% təşkil edib – gözlənilən isə 8.1%-ə düşməsi idi.

Analitiklərə görə, indi güclənən ABŞ dolları və FED-in növbəti super ölçülü faiz artımı gözləntiləri birjadakı əhval-ruhiyyəyə təsir etməkdədir.

Çərşənbə günü dollar yen qarşısında 24 illik pik həddinə yaxınlaşıb. Neft ümumiyyətlə bilirik ki, ABŞ dolları ilə qiymətləndirilir, ona görə də daha güclü dollar digər valyuta sahibləri üçün əmtəəni daha bahalı edir.

Çində davam edən COVID-19 pandemiyası dünyanın ən böyük neft idxalçısı üçün tələbi aşağı salır. Çinin “Sıfır COVID siyasəti” dəyişməz olaraq qalır və bu, önümüzdəki həftələrdə ortaya çıxan hər hansı geri-dönüşləri məhdudlaşdırır.

Amerika Neft İnstitutunun rəqəmlərinə görə, tədarük tərəfində ABŞ xam neft ehtiyatları sentyabrın 9-da bitən həftə ərzində təxminən 6.035 milyon barel artıb. Gözlənilən isə 0.2 mln. azalma idi. Bu da öz növbəsində neftin qiymətinin üzü aşağı enməsi üçün əlavə təzyiq alətidir.