USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət ilkin satış qiyməti 8 min manat olan maşını 20 min manata satıb

14.09.2022 İqtisadiyyat
0 0
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 13-də keçirilən hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib.

Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 148 sifariş qəbul edilib, bunun 42-si elektron qaydada həyata keçirilib.

Budəfəki hərracda Yaponiya istehsalı olan avtomobillərə maraq daha çox olub. Belə
ki, ilkin satış qiyməti 8.000 manat olan “Honda Accord” markalı avtomobilə ən son təklif 2,5
dəfə çox artaraq 20.000 manata yüksəlib.

Bundan başqa, ilkin satış qiyməti 8.000 manata olan “Toyota Camry” markalı nəqliyyat vasitəsi 15.700 manata satılıb.

13 sentyabr hərracında satılan avtomobillər üzrə dövlət büdcəsinə 132.350 manat
vəsaitin ödənilməsi nəzərdə tutulur.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq
mümkündür: (https://clck.ru/322AdN )

Məlumat üçün bildiririk ki, növbəti hərraclar sentyabrın 27-si, oktyabrın 4-ü və 11-də
keçiriləcək. Hərraca səhmdar cəmiyyətlərin səhm paketi, kiçik dövlət müəssisələri və
nəqliyyat vasitəsi çıxarılacaq.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından
(privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər
Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət
əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu
almaq mümkündür.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm
də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək
hərracları qeydiyyatsız formada izləyə bilərlər.