USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransa və Yunanıstan Azərbaycandan neft almağa başlayıb

19.09.2022 İqtisadiyyat
0 0
İki ölkə Fransa və Yunanıstan son iki ayda Azərbaycan neftini almağa başlayıblar və bu 2022-ci ildə ilk hadisədir.

Bununla da Azərbaycan neftini alan ölkələrin sayı 26-ya yüksəlib.

2022-ci ilin iyulundan Fransa Azərbaycandan 337.52 min barrel həcmində neft alıb və bu neftin ümumi dəyəri $43.5 milyon təşkil edib. Elə bu alış təkcə iyulda olub.

İlin əvvəlindən bu tərəfə Fransa bizim neftin bir barrelini belə almamışdı. Azərbaycan neftinin bir barreli Fransaya iyul ayında $129 ətrafında satılıb.

Yunanıstan iyul ayında 686.1 min barrel həcmində nefti $81.1 mln. dəyərdə, avqustda isə 100.9 min barrel nefti $7.82 mln. dəyərdə alıblar.

Azərbaycan 2022-ci ilin iyulunda cəmi 25.5 milyon barrel, avqusta isə 11.437 milyon barrel ümumilikdə neft ixrac edib.