USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Avropaya qaz satışını 23%-ə yaxın artırıb

14.10.2022 İqtisadiyyat
0 0
2021-ci ildə Avropaya ixrac edilmiş 8.2 mlrd.m3 qaz həcmlərinə, cari ilin 9 ayı ərzində nail olunub.

"Kommersant.az" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz rəsmi Twitter səhifəsində yazıb.

Nazir qeyd edib ki, yanvar-sentyabr aylarında Avropaya 8.3 mlrd.m3 qaz tədarük edilib. Türkiyəyə 6.1 mlrd.m3, Gürcüstana isə 1.9 mlrd.m3 qaz ixrac olunub. Bu dövrdə qaz ixracı 22.6% artıb.