USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu gündən icbari avtosığorta üzrə ödənişlər yeni qayda ilə veriləcək

01.11.2022 İqtisadiyyat
0 0
Bu gündən etibarən avtomobillərə dəyən ziyan, zərərlərin birbaşa tənzimlənməsi qaydası ilə həyata keçiriləcək.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti tərəfindən qəbul edilən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda” artıq qüvvəyə minib.

Məlumata görə, hadisə baş verən zaman sığortalı şəxs, ona zərər vuran şəxsin sığorta şirkətinə deyil, öz sığorta şirkətinə müraciət edərək sığorta ödənişi tələb edəcək.

Mərkəzi Bankın açıqlamasında bildirilib ki, nəzərdə tutulan dəyişikliklər nəqliyyat vasitələri sürücülərinin sürücülük məsuliyyətinin artırılmasına və sığorta şirkətlərinin istehlakçılara daha yaxşı xidmət göstərmələrini motivasiya etməklə icbari avtosığorta (AVSMMİS) sahəsində mövcud problemlərin aradan qalxmasına, sığortaya ictimai inamın artmasına, bütövlükdə sığorta bazarının inkişafına xidmət edəcək.

Qeyd edək ki, oktyabrın 1-dən qüvvəyə minən digər qayda ilə avtomobillərin icbari sığorta haqqının hesablanması qaydası dəyişib. Dəyişikliyə əsasən risk amilləri üzrə əmsallar – sürücünün yaşı və sürücülük təcrübəsinə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayına, nəqliyyat vasitəsinin idarə edildiyi bölgənin yol-nəqliyyat intensivliyinə, nəqliyyat vasitəsinin istismar müddətinə görə də əmsallar müəyyən olunur.