USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ünvanlı dövlət sosial yardımın məbləği bu qədər olacaq

01.11.2022 İqtisadiyyat
0 0
Cari ilin əvvəlindən əmək pensiyalarının minimum məbləği 40 manat və ya 20% artırılaraq 240,0 manata çatdırılıb.

Bu, “Dövlət sosial müdafiə fondunun 2023-cü il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi”ndə əksini tapıb.

Rəydə qeyd edilib ki, hazırda minimum pensiya orta aylıq əmək haqqının 28,9%-i, minimum aylıq əmək haqqının isə 80,0%-i səviyyəsindədir. Cari ildə qəbul edilmiş “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosialiqtisadi inkişaf Strategiyası”nda minimum pensiya məbləğinin minimum əməkhaqqı səviyyəsinin 75‒80,0%-i səviyyəsində saxlanılması əsas hədəflərdən biri kimi müəyyən edilib. Yuxarıda da qeyd olunduğu kimi, məlumatların təhlili pensiyanın orta göstəricinin artımının indeksləşmə hesabına təmin ediləcəyini göstərir. Layihə ilə birlikdə təqdim edilmiş İzahatda, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun Layihəsində minimum pensiya məbləğinin artırılmasına dair qeydlər əks etdirilməyib ki, bu da növbəti ildə minimum pensiya məbləğinin ehtiyac meyarından aşağı olacağı deməkdir. Bu və yuxarıda göstərilənlər, növbəti ildə minimum pensiya məbləğinin artırılması ilə bağlı tədbirlərin reallaşacağına dair ehitmalları yüksəltməklə Fondun xərclərinə yenidən baxılması zərurətinin də yaranacağını qeyd etmək imkanı verir. Növbəti il üzrə pensiyaçılar üçün yaşayış minimumu 23 manat və ya 13,1% artırılaraq 199 manat məbləğində nəzərdə tutulub ki, bu da minimum pensiyadan 41 manat az və ya göstəricinin 82,9%-i həcmindədir. Qeyd edək ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə əsasən növbəti ilin 01 yanvar tarixindən ehtiyac meyarının həddi 246 manat olaraq təklif edilir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ehtiyac meyarı ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün müəyyən edilən göstəricidir.