USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gələn il orta aylıq əmək haqqı 7%-dən çox artacaq

01.11.2022 İqtisadiyyat
0 0
Cari ilin gözlənilən icra göstəricilərinə əsaslanmaqla qeyd olunmalıdır ki, 2023-cü ilin dövlət büdcəsində əmək haqqı, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə ayırmalarla (22,0%) bağlı xərclər bərabər olmaqla 8,6% artımla proqnozlaşdırılmış, növbəti ildə orta aylıq əmək haqqının artımı 7,1% səviyyəsində nəzərdə tutulub.

Bu, “Dövlət sosial müdafiə fondunun 2023-cü il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi”ndə əksini tapıb.

Rəydə qeyd edilib ki, cari ilin gözlənilən icrası ilə müqayisədə 2023-cü ildə büdcə təşkilatları (22%) üzrə proqnozlaşdırılan sığorta haqqının artım tempi isə 5,2%-dir.

Statistik məlumatlara əsasən cari ilin avqust ayında orta aylıq əmək haqqının 829,0 manat səviyyəsində olması və bu göstəricinin müsbət dinamikliyi fonunda cari ilin sonuna gözlənilən orta aylıq pensiya məbləğlərində artımların gözlənilməsi cari ilə dair xüsusi çəki göstəricisinin müəyyən edilmiş səviyyədən aşağı həddə olacağını şərtləndirir: “Növbəti ildə bu göstəricidə əsaslı artımların müşahidə edilməsi cari il üzrə orta aylıq nominal əmək haqqında baş vermiş artımlara müvafiq olaraq növbəti ilin əvvəlində aparılacaq indeksləşdirmə ilə bağlı olması qənaətindəyik”.