USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın neft ehtiyatları yenidən azalıb

02.11.2022 İqtisadiyyat
0 0
Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 6 530 min barel azalaraq, təxminən 433 416 min barel təşkil edib.

Bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 267 min barel artacağını proqnozlaşdırıb.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.