USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Uçot dərəcəsi artırıldı - Manatı nə gözləyir

03.11.2022 İqtisadiyyat
0 0
“Azərbaycan manatı “kağız neftdir”, obrazlı desək, neftin kağız formasıdır. Nə qədər ki neft qiymətləri yüksəkdir, Azərbaycan manatı üçün hər hansı təhlükə yoxdur”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini 3,75 - 4%-dək artırması barədə danışarkən deyib.

Ekspert bildirib ki, manatın ucuzlaşması neftin qiymətindən asılıdır: “Manatın gələn il, yaxud iki il sonra ucuzlaşacağı zamanla yox, neftin qiyməti ilə ölçülməlidir. Nə vaxt ki neft qiymətləri yenidən ucuzlaşacaq, təqribən, 50 dollar civarında olacaq, o zaman Azərbaycan manatına da təsirləri artacaq. Məhz onda devalvasiya təsirlərini görə bilərik. İndi isə neftin qiyməti 95-100 dollar koridorunda dəyişir”.