USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hibrid avtomobillərlə bağlı mühüm addım - 2026-cl ilin yanvarın 1-dək...

03.11.2022 İqtisadiyyat
0 0
İstehsal tarixi 3 ildən, mühərrikin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi müddəti daha 4 il uzadılacaq.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, istehsal tarixi 3 ildən və mühərrikin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi müddəti 2026-cı il yanvarın 1-dək uzadılır.