USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Manatın kəskin bahalaşmasının mənfi təsirləri ola bilər” - Samir Şərifov

11.11.2022 İqtisadiyyat
0 0
“Azərbaycana böyük məbləğdə valyuta daxilolmaları fonunda manatın məzənnəsi kəskin şəkildə möhkəmlənə bilər ki, bunun da bir sıra mənfi təsirləri ola bilər”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

“Manatın bahalaşması xüsusilə ixracla məşğul olan şirkətlərimizə problem yarada bilər”, – deyə o, qeyd edib.