USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çörəyin qiymətindəki artım dövriyyəni 38% artırıb, lakin istehsal düşüb

11.11.2022 İqtisadiyyat
0 0
Azərbaycanda dövlət tərəfindən tənzimlənən çörəyin qiymətində 40% artımdan sonra, onun pərakəndə ticarət dövriyyəsi kəskin artıb, çörəyin istehsalı azalıb.

2022-ci ilin yanvar-sentyabr aylarında 111.99 milyon manatlıq çörək pərakəndə ticarətdə satılıb. Bu 2021-ci ilin müvafiq dövründə 83.97 milyon manat idi.

Azərbaycan Respublikası Tarif (Qiymət) Şurası cari il 650 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiymətini 50 qəpikdən 65 qəpiyə və daha sonra isə 70 qəpiyə qədər bahalaşması ilə bağlı qərar qəbul etmişdi.

DSK-nin statistikasına görə, təkcə 2022-ci ilin üçüncü rübündə 40.65 milyon manatlıq çörək məhsulları satılıb. Bu da 2021-ci ilin eyni dövründəki göstəricidən 38% çoxdur.

Azərbaycan bu ilin ilk 9 ayında cəmi 859 441 ton həcmində çörək istehsal etmişdi və bu rəqəm isə öncəki ildə 1 057 108 ton idi. Bu da o deməkdir ki, 2022-ci ildə çörək istehsalı 18% azalıb.