USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycana elektrikli təzə avtomobillərin idxalı gömrük rüsumundan azad edilir

11.11.2022 İqtisadiyyat
0 1
Nazirlər Kabineti bununla bağlı Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik minik avtomobilləri 15 faiz idxal gömrük rüsumundan azad edilir.

Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.