USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Gələn il minimum pensiyada ciddi artım gözlənilir”

11.11.2022 İqtisadiyyat
0 0
“Minimum pensiya məbləğini artıra bilmişik. Median əməkhaqqını son 4 ildə 2.3 dəfə artıra bilmişik. Artım dinamikamız çox güclüdür”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu gün heç də əhalinin hamısı minimum pensiya almır, indeksasiya ilə də əlavələr alır: “Minimum pensiyada da indeksasiyanı nəzərə alsaq, gələn il ciddi artımı gözləyirik. Bizim apardığımız islahatların hər birində aşağı gəlirli əhaliyə üstünlük verilir. Ona görə minimum əməkhaqqını aqressiv artırdıq. Bu, davam edəcək”.

Nazir qeyd edib ki, pensiya yaşı 65 yaş təsdiq olunub: “Bu gün effektiv yaş kişilərdə 62, xanımlarda 61-dir. Bir sıra güzəştlər nəzərdə tutulub. Pandemiyadan əvvəl orta yaş xanımlarda 70 yaşdan yuxarı idi. Ona görə də burada bütün risklər düzgün qiymətləndirilməlidir”.