USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir uşaq pulu məsələsinə münasibət bildirib

11.11.2022 İqtisadiyyat
0 0
“Uşaq pulu ilə bağlı dəfələrlə açıqlama vermişəm, bu gün də bildirirəm ki, Azərbaycanda 600 min həssas uşağa yardım edilir”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

“Həmin həssas uşaqlar ünvanlı sosial yardım, əlilliyə görə vəsait alır və s. Bəli, həssas kateqoriyadan olan uşaqlara yardım edilməlidir və dövlətimiz o yardımı edir. Sosial yardım ünvanlı olmalıdır, nəinki ümumi”, – deyə nazir bildirib.