USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Böyük Britaniyada vergilər artırılacaq

14.11.2022 İqtisadiyyat
0 0
Böyük Britaniyanın bütün sakinləri ölkədə vergi artımı ilə üzləşəcək, lakin qarşıdakı yeni tədbirlər ilk növbədə ən varlı britaniyalılara təsir edəcək.

Bunu Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant “Sky News” telekanalına müsahibəsində deyib.

“Biz hamıdan fədakarlıq tələb edəcəyik, lakin hesab edirəm ki, ədalətli cəmiyyətdə, yəni Britaniyada, ən aşağı gəliri olan bir çox insandan xahiş edə bilməyəcəyimizi etiraf etməliyik”, – o deyib.

Ceremi Hant vurğulayıb ki, Baş nazir Rişi Sunakın rəhbərlik etdiyi yeni hökumət ilk növbədə sentyabrda illik hesablamada 10,1 % təşkil etmiş inflyasiyanı azaltmaq niyyətindədir. Bu, son 40 ildə ən yüksək göstəricidir.

Qeyd edək ki, bir neçə gün əvvəl Böyük Britaniyanın Baş naziri Rişi Sunak hökumət büdcəsindəki 50 milyard funt-sterlinq (57,5 milyard ABŞ dolları) kəsiri aradan qaldırmaq üçün vergiləri artırmağa hazırlaşması barədə xəbərlər yayılıb.

“Financial Times” (FT) qəzeti Britaniyanın Maliyyə Nazirliyindəki mənbələrə istinadən yazıb ki, Sunak və maliyyə naziri Ceremi Hant oktyabrın 31-də vergi artımı barədə razılığa gəliblər. “Bu, çətin olacaq. Əgər biz dövlət xidmətlərini saxlamaq istəsək, hər kəs daha çox vergi ödəməli olacaq”, – qəzet Maliyyə Nazirliyinin adının açıqlanmasını istəməyən əməkdaşının sözlərindən sitat gətirib.